Sumqayıtda qadın bıçaqlanıb, cinayət işi başlanılıb
![Sumqayıtda qadın bıçaqlanıb, cinayət işi başlanılıb Sumqayıtda qadın bıçaqlanıb, cinayət işi başlanılıb](https://azvision.az/photos/2022/04/prokurorluq11-(1)-1649406245.jpg)
Araşdırma zamanı 1987-ci il təvəllüdlü Mehman Rüstəmovun yaşadığı, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzildə ailə münaqişəsi zəminində arvadı Elvira Məmmədovanı bədəninin müxtəlif nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Mehman Rüstəmov hadisə zamanı xəsarət aldığından hazırda xəstəxanada müalicəsi davam edir.
AzVision.az
Teqlər: