“Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda respublika elmi konfransı keçiriləcək

   “Qərbi Azərbaycanın tarixi və mədəni irsi”    mövzusunda respublika elmi konfransı keçiriləcək
  19 Oktyabr 2023    Oxunub:1703
20 oktyabr 2023 - cü il tarixində saat 11:00-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının konfrans zalında (H. Cavid prospekti, 2 – ci mərtəbə) Azərbaycan Respublikasının Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və AMEA Tarix İnstitutunun təşkilati dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları gənclər ictimai birliyi tərəfindən “Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda respublika elmi konfransı keçiriləcək.
“Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda respublika elmi konfransın keçirilməsində əsas məqsəd Qərbi Azərbaycanın tarixi və mədəni irsi mövzusunda elmi tədqiqatların artmasına, elmi ictimaiyyətin aktivləşməsinə, Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliğinə töhvə vermək, əldə olunan elmi nəticələrin işıqlandırılması ilə yerli və xarici ictimaiyyətin məlumatlandırılması, dövlətin Qərbi Azərbaycan mövzusunda həyata keçirdiyi siyasətə dəstək verilməsidir. Mövzunun media və sosial şəbəkələr vasitəsilə gündəmdə saxlanılmasıdır. Bundan başqa məqsəd konfransın gənc iştirakçılarının diqqətini erməni təbliğat maşınına fəal informasiya fəaliyyətinin qarşı qoyulmasının vacibliyinə yönəltməkdir.
Qərbi Azərbaycanın tarixi və mədəni irsi mövzusunda tədqiqatçılar tərəfindən konfransın təşkilat komitəsinə göndərilmiş məqalələr aşağıdakı mövzuları əhatə etmişdir:
1. Qərbi Azərbaycan Azərbaycan türkünün əzəli yurd yeridir ( tarixi-mədəi aspektdə)
2. Qərbi Azərbaycan ərazisində türk-müsəlman abidələrinə qarşı erməni vandalizmi
3. İrəvan – Qərbi Azərbaycanın ən böyük şəhərinin faciəli taleyi (tarixi-mədəni aspektdən)
4. Qərbi Azərbaycan mədəniyyəti
5. Qərbi Azərbaycanın türk mənşəli toponimləri
6. Qərbi Azərbaycan ərazisinə ermənilərin kütləvi şəkildə köçürülməsi

Konfrans çərçivəsində keçiriləcək iclasda konfransın bölmələrinin işi və alınan nəticələr müzakirə ediləcək, məruzələr dinləniləcək, konfransın yekun qərarı qəbul olunacaq. Məruzələr toplu şəkilində azərbaycan və rus dillərində nəşr olunacaq.
Həyata keçirilən layihənin rəhbəri “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları gənclər ictimai birliyinin rəhbəri Nurəddin Mehdiyev qeyd edib ki, etiraf olunmalıdır ki, Azərbaycanda gənc nəslin Qərbi Azərbaycan haqqında bilikləri zəifdir və tələblərə cavab vermir. Gənc tədqiqatçılar da İrəvan mövzsuna az- az müraciət edirlər. Bir çox hallarda müxtəlif beynəlxalq tədbirlərdə iştirak zaman gənclərimizin məlumatsızlığı özünü göstərir. Bu həqiqətlər haqqında dünya ictimaiyyətinin, xarici gənclərin məlumatı azdır. Onlar İrəvanı Ermənistanın əzəli torpaqları kimi qəbul edirlər. Erməni alimləri, diasporası, erməni lobbisi və erməni gəncləri tərəfindən apralılan məqsədyönlü təbliğat nəticəsində dünya ictimaiyyəti bilərəkdən çaşdırılır. Bu sahədə tədqiqatların aparılması da vacibdir. Bu erməni təbliğatına qarşı mübarizə aparmaq üçün vacibdir.
Konfransin əsas nəticələrindən biri də o olacaq ki, hazırlanan nəşr məhsulları vasitəsi ilə maarifləndirmə işi davamlı olacaq, Qərbi Azərbaycanın tarixi və mədəni irsinin öyrənilməsi və təbliği istiqamətdə təşəbüsslər artacaq. Layihə çərçivəsində “Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda hazırlanan elmi məqalələr toplusu formasında çap edilmiş kitab konfrans iştirakçılarına və layihənin dolayı iştirakçılarına paylanacaq.

Konfransın işində rəsmi şəxslər, müxtəlif elmi müəssisələrin rəhbərləri, ictimai birlik rəhbərləri iştirak edəcək.
AzVision.az




Teqlər:





Xəbər lenti