Satanovski Zaxarovanı təhqir etdi, Solovyov üzr istədi - VİDEO

 Satanovski Zaxarovanı təhqir etdi, Solovyov üzr istədi -  VİDEO
  21 Oktyabr 2023    Oxunub:2923
İsrailli jurnalistlə Yaxın Şərqdəki vəziyyəti müzakirə edərkən rusiyalı tanınmış analitik, yəhudu mənşəli Yevgeni Satonovski Rusiyanın Xarici İşlər nazirliyinin İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova haqqında təhqiramiz ifadələr səsləndirib. Buna görə məşhur teleaparıcı Vladimir Solovyov onunla əməkdaşlığına xitam verib.
AzVision.az Valdimir Solovyovun öz Telegram-kanalında paylaşdığı məlumata istinadən bildirir ki, o, RF-nin Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın ünvanına təhqiramiz ifadələr işlətmiş Yevgeni Satanovskini müəllifi olduğu “Solovyov Live” kanalının eksperti vəzifəsindən uzaqlaşdırıb.

Solovyov həmçinin Mariya Zaxrova və bütövlükdə Rusiyanın Xarici İşlər Nazirliyindən üzr istəyib.

“Kanalımızın əməkdaşı Yevgeni Satanovskinin məzmunca tamamilə ədalətsiz və forma etibarilə qəbuledilməz bəyanatlarına görə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyindən və xanım Zaxarovadan üzr istəyirəm. O, həm hörmətli diplomatları, həm də Xarici İşlər Nazirliyini təhqir edib. Nəticə olaraq, Yevgeni ilə peşəkar ünsiyyəti davam etdirmək üçün heç bir imkan görmürəm”,- Solovyov vurğulayıb.



Xatırladaq ki, şərqşünas-alim və iqtisadçı, Rusiya Yəhudi Konqresinin sabiq prezidenti, Yaxın Şərq ölkələri və İsrail üzrə iqtisadi-siyasi ekspert Yevgeni Satanovski israili jurnalistlə söhbətində Mariya Zaxarovanı “ sərxoş şmara (yüngül əxlaqlı, pozğun qadın)” adlandıraraq, onu yəhudilərə və İsrailə qarşı dözümsüzlükdə günahlandırıb.

“Maşa Zaxarova, prinsipcə yəhudiləri sevmir və İsrailə dözə bilmir. Bunu əslində heç gizlətmir də. Daha bir möhkəm əyyaş şmara... (yünül əxlaqlı qız, pozğun qadın)”. Bununla belə bizim Xarici İşlər Nazirliyinin spikeridir”, - Satanovski deyib.



Əslində Kremlin təbliğat və təşviqat ruporlarından biri olan Yevgeni Satanovskinin bu təhqiramiz bəyanatı HƏMAS-İsrail müharibəsində Moskvanın onun soydaşlarına qarşı sərgilədiyi sərt münasibətdən qaynaqlanır. Başqa sözlə desək, Satanovski üçün etnik mənsubiyyət təəssübkeşliyi vətəndaşı olduğu ölkənin maraqlarından irəli gələn siyasətlə müqayisədə daha böyük önəm kəsb edib.

Vladimir Solovyova gəldikdə isə, mahiyyət etibarı ilə rusiyalı buqələmunların lideri olan bu siyasətbazın çox tezliklə böyük ustalıqla bu “insidenti” malalayacağı, yalnız soydaşı və həmkarı yox, həm də yaxın dostu Yevgeni Satanovski ilə bu və ya digər qaydada rəsmi şəkildə yeni əməkdaşlığa başlaycağı heç bir şübhə doğurmur. Qeyri-rəsmi və ya pərdəarxası əməkdaşlıq isə onlar arasında heç bir dəqiqə belə kəsilməyib, kəsilmir və, çox yəqin ki, kəsilməyəcək də.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Satanovski   Solovyov  





Xəbər lenti