Süni intellekt 10 saniyəyə şəkərli diabet diaqnozu qoyacaq

   Süni intellekt    10 saniyəyə    şəkərli diabet diaqnozu qoyacaq
  23 Oktyabr 2023    Oxunub:1975
Süni intellekt qan analizi olmadan 10 saniyə ərzində 2-ci dərəcəli şəkərli diabetin diaqnozunu qoya biləcək.
AzVision.az xəbər verir ki, bu barədə "Mayo Clinic Proceedings" məlumat yayıb. Nəşr kanadalı alimlərin yeni kəşfi barədə diqqət çəkən məqalə dərc edib.

Qeyd edilir ki, neyroşəbəkəyə xəstəliyi aşkarlamaq üçün həm tam sağlam insanlar, həm də şəkərli diabet xəstələri tərəfindən danışılan ifadələri dinləyərək araşdırmaq və konkret qərarlar qəbul etmək öyrədilib. Akustik avadanlıq hətta insan nitqinin yüksəkliyində və intensivliyində incə dəyişiklikləri aşkar edə bilir.

Tədqiqatçılar 267 nəfərdən (2-ci tip şəkərli diabet diaqnozu qoyulmuş və ya sağlam şəxs) iki həftə ərzində gündə altı dəfə smartfonlarına bir ifadə işlədib qeydə almağı tapşırıb. 18 000-dən çox səs qeydi götürən elm adamları diabeti olmayan insanlarla 2-ci tip diabetlilər arasındakı fərqləri müəyyən etmək üçün 14 akustik detalları təhlil ediblər.

Süni intellekt tezliklə enerji böhranına səbəb ola bilər
İnsanların səsləri ilə bağlı olan nəhəng məlumat bazası isə neyron şəbəkənin diaqnoz qoymağı öyrənməsi üçün “dərslik” rolunu oynayıb. Üstəlik, diqanozlar çox yüksək dəqiqliklə qoyulub: kişilər üçün qlükoza 89%, qadınlar üçün 86% təşkil edib. "Mayo Clinic Proceedings" jurnalınında dərc olunan məqalənin müəllifləri qeyd edirlər ki, acqarına verilən qan testində qlükoza 85% olur.

Bu gün 400 milyondan çox insan bu xəstəliklə yaşayır və hər ikinci şəkərli diabet xəstəsi bu xəstəliyi daşıdığını bilmir. Alimlər belə hesab edirlər ki, onların yeni texnologiyası diabetin kütləvi şəkildə aşkarlanması üçün sadə və sərfəli alətə çevrilə bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Süni-İntellekt   Diabet  





Xəbər lenti