Spirtli içkidən sonra yaranan təhlükəli simptom

   Spirtli içkidən sonra yaranan təhlükəli simptom
  23 Oktyabr 2023    Oxunub:1209
Spirtli içkilər atriyal fibrilasiya hücumuna səbəb ola bilər.
Bu barədə ürək-damar cərrahı Aleksey Utin öz teleqram kanalında məlumat verib. Həkim xaotik ürək döyüntülərinin təhlükəli simptom olduğunu vurğulayıb. Kardioloq qeyd edib ki, atrial fibrilasiya hücumu içki qəbul etdikdən bir gün sonra baş verə bilər, bu vəziyyətin "bayram ürək sindromu" adlandırılması boş yerə deyil.

Onun sözlərinə görə, insana elə gəlir ki, ürək sadəcə olaraq “sinədən sıçrayır”. Həddindən artıq spirt istehlakı şiddətli zəifliyə, nəfəs darlığına və ya sinə ağrısına səbəb ola bilər. Qeyd edək ki, atriyal fibrilasiya hücumu miyokard infarkt yarad bilir.

AzVision.az


Teqlər:





Xəbər lenti