Qadın məhkum ərinə narkotik ötürmək istədi

Qadın məhkum ərinə narkotik ötürmək istədi
  23 Oktyabr 2023    Oxunub:1044
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, məhkum Bəhruz Arif oğlu Mustafayevə həyat yoldaşı Samirə Paşa qızı Mustafayevanın gətirdiyi sovqatdakı gödəkçənin cibində gizlədilmiş bükülülərdə 4,168 qram marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti