"Yeni müəssisə daxili bazarın təlabatını 30 faiz ödəyəcək" - Direktor

"Yeni müəssisə daxili bazarın təlabatını 30 faiz ödəyəcək" -    Direktor
  24 Oktyabr 2023    Oxunub:1082
Sumqayıt Kimya Sənaye Parkında dünən Prezident İlham Əliyev tərəfindən açılışı “UPI - Universal Packing İndustry” (qofro karton, fayl)müəssisəsi ölkənin qablaşdırma sənayesində daxili bazarın tələbatını 30 faiz ödəyəcək.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında zavodun direktoru Fikrət Vəliyev deyib.

Onun sözlərinə görə, ümumi investisiya dəyəri 4,8 milyon manatdan artıq olan zavodda 20 çeşiddə məhsul istehsal olunur: "Müəssisədə ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçi sayının 65 nəfərə çatdırılması nəzərdə tutulur".

O qeyd edib ki, müəssisənin illik istehsal gücü 30 milyon metr kvadrat karton, 25 milyon ədəd fayldır. F. Vəliyev artıq sifarişlərin olduğunu bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti