Gəncədə iki azyaşlı uşaq küçəyə atılıb
![Gəncədə iki azyaşlı uşaq küçəyə atılıb Gəncədə iki azyaşlı uşaq küçəyə atılıb](https://azvision.az/photos/2023/10/1698212082.jpg)
Belə ki, uşaqlar Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında aşkar edilib, bununla bağlı aidiyyəti üzrə məlumat verilib.
Məlum olub ki, yaşlı qadın (körpələrin rəsmi qəyyumu) əvvəl 3 yaşlı oğlanı, daha sonra isə 4 aylıq qız nəvəsini İcra Hakimiyyəti binasının qarşısına qoyaraq gedib.
Xəstəxanaya yerləşdirilən körpələrin vəziyyətinin normal olduğu bildirilir.
İlkin məlumata görə, uşaqların valideynləri qeyri-sağlam həyat tərzi sürdüyündən onlar nənələrinin himayəsinə verilibmiş.
AzVision.az
Teqlər: