Şəkidə şagirdlər arasında kütləvi qızılcaya yoluxma: Gimnaziya müvəqqəti bağlandı

    Şəkidə şagirdlər arasında kütləvi qızılcaya yoluxma:  Gimnaziya müvəqqəti bağlandı
  25 Oktyabr 2023    Oxunub:2463
Şəkidə İnteqrasiya təlimli internat tipli gimnaziya çagirdlər arasında yayılmış qızılca xəstəliyinə görə müvəqqəti bağlanılıb.
TƏBİB-dən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 24.09.2023-cü il tarixində Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada şagirdlərdən birində qızılca virusuna yoluxma halı qeydə alınıb və həmin şagird xəstəxanaya yerləşdirilib:

"Eyni hal növbəti günlərdə digər şagirdlərdə də müşahidə olunmuş və şagirdlər həkim müayinəsindən sonra xəstəxanaya yerləşdirilib. Şəki Rayon Mərkəzi Xəstəxanasında onlara zəruri tibbi xidmət göstərilib, hər biri sağalaraq, kafi vəziyyətdə evə yazılıb".

Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri tərəfindən təhsil müəssisəsində yaranmış mövcud vəziyyət qiymətləndirilmiş və akt tərtib edilib. Aktda “son xəstəlik hadisəsindən 21 gün müddətinə gimnaziyaya uşaq qəbulunun dayandırılması” qeyd olunub.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, bu səbəbdən şagirdlərin yoluxmasının qarşısının alınması məqsədilə gimnaziyada dərslərin distant tədrisinə qərar verilib.

Hazırda gimnaziyada zəruri dezinfeksiya işləri aparılıb. Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzinin tövsiyəsinə əsasən 27 oktyabr 2023-cü il tarixindən gimnaziyanın fəaliyyətinin ənənəvi şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti