Xocalı məktəbində mənimsəmə faktı, cinayət işi başlanıb

Xocalı məktəbində mənimsəmə faktı,    cinayət işi başlanıb
  27 Oktyabr 2023    Oxunub:914
Xocalı rayonu Ə.Cavadov adına Cəmilli kənd tam orta məktəbinin direktoru Məlahət İsmayılovanın qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2019-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti