Narkotikin təsiri altında avtomobil idarə edən saxlanılıb

Narkotikin təsiri altında avtomobil idarə edən saxlanılıb
  28 Oktyabr 2023    Oxunub:1356
Hacıqabul rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Bu barədə AzVision.az DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yerləşən YPX postunda “Ford transit” markalı avtomobil nəzarət qaydasında saxlayıb. Sürücü, Sumqayıt şəhər sakini S.Mustafayevin narkotik vasitənin təsir altında olması müəyyən olunduğundan barəsində protokol tərtib edilib.

Eyni zamanda polis əməkdaşları avtomobilə baxış zamanı oradan metamfetamin və marixuana aşkar edərək götürüb.

AzVision.az


Teqlər:





Xəbər lenti