Sumqayıtda evə hücumda ölən və yaralananlar - FOTO

   Sumqayıtda evə hücumda ölən və yaralananlar -    FOTO
  28 Oktyabr 2023    Oxunub:1907
Xəbər verdiyimiz kimi, bu gün sübh vaxtı (saat 05:50) Sumqayıt şəhəri 16-cı mikrorayon ərazisində dəhşətli cinayət törədilib.

Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evinə silahlı hücum nəticəsində Dağbəyi Fərəcov və onun qızı Suzana Karakaş güllə yaralarından vəfat edib. Suzananın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova isə güllə yarası alıb.

Qonşuluqda yaşayan və polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman onlar da xəsarət alıb.

Dağbəyi Fərəcov.


Tərlan Fərəcova.



Serkan Karakaş.



AzVision.az




Teqlər:





Xəbər lenti