Prokurorluq Cəlilabaddakı qətllə bağlı məlumat yayıb

Prokurorluq Cəlilabaddakı qətllə bağlı məlumat yayıb
  28 Oktyabr 2023    Oxunub:1330
Oktyabrın 24-də 1977-ci il təvəllüdlü Xaqani Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cəlilabad rayon prokurorluğundan AzVision.az -a verilən məlumata görə, qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1998-ci il təvəllüdlü Böyükxan Muradlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti