Tədbirin məqsədi Qərbi Azərbaycanın tarixi və mədəni irsi mövzusunda elmi tədqiqatların çoxaldılması, elmi ictimaiyyətin bu mövzuya diqqətinin daha da artırılması, Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliğinə töhfə verilməsi, əldə edilən elmi nəticələrin işıqlandırılması ilə yerli və xarici ictimaiyyəti məlumatlandırmaq olub.
Bu istiqamətdə natiqlərin çıxışlar olub və məruzələr dinlənilib. Tədbirdə həmçinin "Virtual Qarabağ" İKT Mərkəzinin istehsalı olan “Göyçə: itirilmiş ocaq” sənədli filmi nümayiş etdirilib.
“Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda respublika elmi konfransının materialları kitab halında nəşr edilərək iştirakçılara paylanılıb.
AzVision.az