NASA: "Kosmik stansiya insanların üzərinə düşə bilər"

      NASA:    "Kosmik stansiya insanların üzərinə düşə bilər"
  30 Oktyabr 2023    Oxunub:1403
Tikintisi 1998-ci ildə başa çatdırılan Beynəlxalq Kosmik Stansiya (BKS) istismar müddəti artıq bitib. İlkin olaraq stansiyaya 15 illik xidmət müddəti təyin edən NASA tədqiqatçıları BKS-ni təhlükəsiz şəkildə məhv etməyin yollarını axtarırlar. Tədqiqat üçün istifadə edilməyən stansiyanın bir sıra elmi və kommersiya fəaliyyətlərinə ev sahibliyi edəcək.
Kosmik Agentliyin Aerokosmik Təhlükəsizliyi Məsləhət Şurasının (ASAP) iclasında rəsmilər stansiyanın nəzarətsiz atmosferə girəcəyi təqdirdə insanların üzərinə düşə biləcəyindən qorxduqlarını bildiriblər. İclasda bildirilib ki, stansiyanı orbitdən çıxarmaq üçün xüsusi “kosmik yedək” tikmək lazımdır.

ASAP prezidenti Patrisia Sanders bildirib ki, BKS-nin ömrünün sonuna çatacağı gün qaçılmazdır. "O günü müəyyən edə bilmirik. Lakin stansiyanın orbiti nəzarətsiz şəkildə tərk etməsinə icazə verəcəyimiz ağlasığmazdır. Stansiya çox böyükdür və Yer kürəsinin böyük bir hissəsində insanlar üçün həddindən artıq təhlükə yaradacaq. Əgər fəlakətin qarşısını almaq istəyiriksə, onu indi maliyyələşdirmək lazımdır".

Kosmik gəminin orbitdən çıxması NASA üçün yeni bir şey deyil. Bununla belə, BKS-nin ölçüsü daha böyük risk yaradır və daha çox həssaslıq tələb edir. 358 metr uzunluğunda olan stansiya düşərsə və atmoseferi bütün halda keçərsə bir stadionu asanlıqla məhv edə bilər.

NASA bildirir ki, 2030-cu ilə qədər BKS-ni istismardan çıxarmaq istəyir və bunu bir növ yedək gəmisi ilə etməyi planlaşdırır. Müvafiq olaraq, sözügedən yedək gəmisi stansiyanı atmosferə itələyəcək və bu vaxt özü də yanıb, yox olacağı üçün BKS-nin hissələrinin yaşayış məntəqələrindən uzaq bir nöqtəyə düşməsi ehtimalı artacaq.

NASA rəsmiləri yedək gəmisinin "inkişafına başlamaq" üçün təxminən 180 milyon dollar ayrıldığını açıqlayıb. Amma əslində stansiyanın tikintisi 1 milyard dollara başa gələ bilər. Bu xərcləri ödəmək üçün NASA gələn il üçün büdcənin 27,2 milyard dollara çatdırılmasını xahiş edib. Digər tərəfdən, ABŞ prezidenti Co Baydenin iyun ayında imzaladığı 2023-cü il Maliyyə Məsuliyyəti Aktı, kosmik agentliyin çox güman ki, büdcə kəsirlərinə məruz qalacağı anlamına gəlir. Sanders bildirib ki, NASA-da bu ixtisarlar baş verərsə, "çətin seçimlər" etməli olacaqlar.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti