Türkmənistan Xəzər sahilində böyük elektrik stansiyası tikəcək
Bildirilib ki, tikinti işləri ölkədaxili istehlakçıların elektrik enerjisi ilə etibarlı və fasiləsiz təminatı, yerli elektrik enerjisinin ixracının həcminin artırılması və müasir texnologiyaların tətbiqi məqsədilə aparılacaq. Elektrik stansiyasını Türkiyənin “Çalik Enerji” şirkəti tikəcək.
İşlər 2023-cü ilin noyabrında başlayacaq və 2027-ci ilin mayında başa çatdırılması planlaşdırılır.
Ötən həftə Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında aparılan danışıqlarda türkmən elektrik enerjisinin üçüncü ölkələr vasitəsilə Türkiyəyə çatdırılması imkanları müzakirə olunub. Bununla bağlı tərəflər qeyd ediblər ki, bu elektrik stansiyası lazımi imkanlar yaradacaq.
AzVision.az
Teqlər: