"Üç xəbərdarlıqdan sonra alnına atəş açın" - Kadırov

   "Üç xəbərdarlıqdan sonra alnına atəş açın" -    Kadırov
  31 Oktyabr 2023    Oxunub:1243
Çeçenistanın rəhbəri Ramzan Kadırov Daxili İşlər Nazirliyi və Milli Qvardiyanın əməkdaşları ilə görüşü zamanı bildirib ki, kütləvi iğtişaşlar baş verərsə, bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarının atəşi ilə dayandırıla bilər.
O hesab edir ki, təhlükəsizlik qüvvələri polis əməkdaşlarına itaətsizlik halında iğtişaşları yatırarkən üç xəbərdarlıq atəşi etməli, dördüncü dəfə isə etirazçının “alnına” atmalıdır.
"Daha çox insan öldürməli və ən böyük silahlarımız olmalıydı" - Şvartsenegger


Kadırov qeyd edib ki, icazəsiz iğtişaşlara gedənlər saxlanılıb həbsxanaya salınmalıdır.

“Yaxud havaya üç xəbərdarlıq atəşi açın və bundan sonra şəxs qanuna əməl etmirsə, dördüncü gülləni alnına vurun. Onlar bir daha küçələrə çıxmayacaqlar”, - deyə Çeçenistan rəhbəri bildirib.

Kadırov vurğulayıb ki, hüquq-mühafizə orqanları bu bəyanatı əmr kimi qəbul etməlidir.

Bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov İsrail hökmətinin hərəkətlərinə görə yəhudilərə qarşı zorakılıq çağırışlarını qəbuledilməz adlandırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti