Bu gün Abşeronun bəzi qəsəbələrində qaz olmayacaq

Bildirilib ki, noyabrın 1-də saat 10:00-dan etibarən “Müşfiqabad” Qaz Paylayıcı Stansiyasında görüləcək təmir işləri səbəbindən “Sulutəpə-Xırdalan” ölçü qovşağından qidalanan “Müşfiqabad Daxili” ölçü qovşağından ayrılan əhali qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Abşeron rayonunun Aşağı Güzdək, Daş-Güzdək, Hökməli qəsəbələrinin, həmçinin Atyalı və Nübar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
AzVision.az
Teqlər: