Sensor panelli “MacBook”un satışı dayandı

Sensor panelli “MacBook”un satışı dayandı
  01 Noyabr 2023    Oxunub:1080
“Apple” şirkəti “Touch Bar” sensor panelli noutbukların satışını dayandırıb.
M3 ailəsindən olan “MacBook Pro” məhsulunun anonsundan sonra şirkətin saytı yenilənib və “Touch Bar” sensor panelli “MacBook” çeşidləri satışdan yığışdırılıb.

İndi “Apple” şirkətinin “Touch Bar” panelli son modeli 13 düymlük “MacBook Pro” hesab olunur. “Apple” şirkətinin yenilənmiş saytına əsasən, Tim Kukun korporasiyası nəinki təkcə sensor panelli noutbuklardan, həm də 13 düymlük kompüterlərdən imtina edib.

“Touch Bar” panelli ilk noutbuklar “Apple” şirkətində 2016-cı ildən satışa çıxarılıb. 2021-ci ildə 14 və 16 düymlük yenilənmiş “MacBook Pro” məhsullarını buraxan şirkət sensor paneldən imtina edib.

AzVision.az


Teqlər:





Xəbər lenti