Portuqaliyada könlünə nar şirəsi düşən azərbaycanlının başına iş gəldi

   Portuqaliyada könlünə nar şirəsi düşən azərbaycanlının başına iş gəldi
  01 Noyabr 2023    Oxunub:1490
Portuqaliyanın paytaxtı Lissabonda bir azərbaycanlının nar şirəsi sifariş etməsi onun polis tərəfindən saxlanılmasına səbəb olub.
AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 36 yaşlı rusdilli azərbaycanlı Lissabonda restoranlardan birində nar şirəsi sifariş etmək istəyib.

Bildirilir ki, o, rus dilində olan “гранат” (nar) sözünü telefonunda tərcümə proqramı vasitəsilə Portuqaliya dilinə tərcümə edib. Proqram isə bu sözü portuqal dilinə qumbara olaraq çevirib. Həmyerlimiz daha sonradan proqramın tərcümə etdiyi sözdən istifadə edərək telefonunda portuqalca “Mən nar şirəsi istəyirəm” yazmağa çalışaraq ofisianta göstərib. Turist yazdığı cümləni restoran işçisinə göstərdiksə isə o bunu təhdid olaraq başa düşüb və müştərinin üzərində qumbara olduğunu düşünüb. Nəticədə restorana polis çağırılıb və azərbaycanlı turist saxlanılıb.

O, dindirilmək üçün yaxınlıqdakı polis bölməsinə aparılıb, məsələ aydınlaşdırıldıqdan sonra isə sərbəst buraxılıb. Adı açıqlanmayan azərbaycanlının hoteldəki otağında axtarış aparıldığı da bildirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti