"İnternet bankçılıqla aparılan əməliyyatlar 172 milyard manat olub"

 "İnternet bankçılıqla aparılan əməliyyatlar 172 milyard manat olub"
  01 Noyabr 2023    Oxunub:1135
Azərbaycanın maliyyə sektoru dayanıqlıdır. Bu ilin yanvar-sentyabr aylarında internet bankçılıq vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 15 faiz artaraq 172 milyard manata bərabər olub.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov noyabrın 1-də Bakıda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda deyib.

O bildirib ki, hesabat dövründə mobil bankçılıq 2,4 dəfə artaraq 18,4 milyard manata çatıb.

"Oktyabrın 1-nə dövriyyədə olan kartların sayı 20 faiz artaraq 16 milyon manat təşkil edib. Nağdsız ödənişlərin həcmi 3 dəfə artaraq, 33 milyard manata çatıb. Nağdsız dövriyyənin xüsusi çəkisi 12,4 faiz bəndi artaraq 54 faizi ötüb", - deyə F.Osmanov qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti