Polis ilana süni tənəffüs verərək xilas etdi

   Polis ilana süni tənəffüs verərək xilas etdi
  01 Noyabr 2023    Oxunub:1313
Hindistanda polis məmuru ilanı süni tənəffüs yolu ilə xilas edib.
Bu barədə "India Today" nəşri yazıb. Belə ki, ilan təsadüfən yerli su təchizatına düşərək pestisidlərdən zəhərlənib. Atul Şarma adlı məmur sürünənə süni tənəffüs verərək onu sağaltmağa çalışıb.

Nəticədə ilan ölməyi. Polis əməkdaşı ilanın içindəki zərərli maddələri çıxarmaq üçün hətta onu suda da yuyub. Sürünəndə həyat əlamətləri görünməyə başlayandan sonra kişi onu baytarlara aparıb. Müayinədən sonra ilan yenidən təbiətə buraxılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti