Türkiyəyə erməni axını güclənib

Türkiyəyə erməni axını güclənib
  15 Aprel 2013    Oxunub:1420
Cari ilin fevral ayında Türkiyəyə səfər edən Ermənistan vətəndaşlarının sayı qəfil artıb.
2013-cü ilin fevral ayında Türkiyəyə 4010 Ermənistan vətəndaşı gedib. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumata görə, ötən illə müqayisədə bu il Türkiyəni ziyarət edən ermənilərin sayı 24 % (785 nəfər) artıb. Belə ki, ötən il Türkiyənin erməni qonaqlarının sayı 3225 olub.

Bu arada, statistik məlumatlara görə ötən ilin fevral ayı ilə müqayisədə, bu ilin fevral ayında Türkiyəyə Lüksemburqdan turist axını 49%, Fransadan isə 17% azalıb.

Qeyd edək ki, 2012-ci ildə Türkiyəyə ümumilikdə 70 min 956 Ermənistan vətəndaşı səfər edib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti