Arvadını öldürən kişi tutuldu

Arvadını öldürən kişi tutuldu
  02 Noyabr 2023    Oxunub:924
Bakıda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, noyabrın 2-də saat 07 radələrində Binəqədi rayonu yeni yaşayış massivində evlərin birində 1986-cı il təvəllüdlü Xamoyeva Zülfiyyə Alim qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1981-ci il təvəllüdlü Qasımov Qədir Tahir oğlu saxlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti