Vətəndaşlar polisə silah-sursat təhvil veriblər

Vətəndaşlar polisə silah-sursat təhvil veriblər
  02 Noyabr 2023    Oxunub:1137
Polis əməkdaşları ölkə ərazisində qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları “AKM” markalı avtomat silahını və 1 ədəd patron darağını, Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşları Binə qəsəbəsində 1 ədəd lüləsi kəsilmiş “TOZ-63” markalı nömrəsiz ov tüfəngi, 1 ədəd “F-1” qumbarası, alışdırıcı və 3 ədəd avtomat patronu, Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşları Bakıxanov qəsəbəsində 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patronu, Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları 1 ədəd “AK” markalı avtomat silah, 1 ədəd patron darağı və 27 ədəd patronu, Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin əməkdaşları 2 ədəd nömrəsi silinmiş lüləsi və qundağı kəsilmiş tüfəngi, Gəncə ŞBPİ 3-cü Polis Bölməsinin əməkdaşları 1 ədəd qundağı və lüləsi kəsilmiş “TOZ-8” markalı tüfəngi, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Dəmirçilər və Seydimli kəndləri ərazisində “İJ” və “TOZ-8” markalı 2 ov tüfəngini təhvil götürüblər.

AzVision.az


Teqlər:





Xəbər lenti