Xaçmazda 36 yaşlı kişi qətlə yetirilib

Xaçmazda 36 yaşlı kişi qətlə yetirilib
  02 Noyabr 2023    Oxunub:810
Noyabrın 2-i saat 11 radələrində Xaçmaz rayonunda 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Alxasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan AzVision.az -a bildirilib ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırmalar aparılır. Əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti