Ekspertlərdən qlobal iqtisadiyyat üçün xəbərdarlıq

   Ekspertlərdən qlobal iqtisadiyyat üçün xəbərdarlıq
  02 Noyabr 2023    Oxunub:999
İsrail və Fələstinin HƏMAS hərəkatı arasında artan döyüşlər regional münaqişəyə çevrilmək və kövrək qlobal iqtisadiyyata 2 trilyon dollar itki vermək təhlükəsi yaradır.
Bu barədə “The New York Times” EY-Parthenon-un baş iqtisadçısı Qreqori Dakonun fikrinə istinadən yazıb. Dako hesab edir ki, müharibənin genişlənməsi üçün ən pis ssenari neftin qiymətinin indiki 85 dollardan 150 dollar/barelə qədər kəskin artmasına səbəb ola bilər:

"Bu ssenarinin qlobal iqtisadi nəticələri ağırdır. Bununla belə, bütün bunlar mülayim tənəzzülə və səhmlərin qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər ki, bu da qlobal iqtisadiyyatın trilyonlarla dollar dəyər itirməsinə səbəb olacaq"

Digər ekspertlərin fikrincə, eskalasiya iqtisadi artımı ləngidə və bir daha planetar miqyasda inflyasiyaya təkan verə bilər. Qlobal iqtisadiyyat yenicə COVID-19 pandemiyasının şoklarından və Rusiya ilə Ukrayna arasındakı münaqişədən qurtulmağa başlayıb.

Dünya Bankının baş iqtisadçısı İndermit Qill qeyd edib ki, ilk dəfədir ki, eyni anda iki enerji şoku baş verir. Neft və qazın qiymətinin artması alıcılıq qabiliyyətini azaltmaqla yanaşı, ərzaq istehsalına da zərbə vurur.

AzVision.az


Teqlər:





Xəbər lenti