“Muğan Bank”a borcu olanların nəzərinə...

“Muğan Bank”a borcu olanların nəzərinə...
  02 Noyabr 2023    Oxunub:1150
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) müflis elan edilmiş “Muğan Bank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, kredit ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “Muğan Bank” ASC-nin Azərbaycan Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO “Muğan Bank” ASC-nin baş ofisində, “e-Manat” və “mpay" ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.
Bu barədə AzVision.az -a ƏSF-dən məlumat verilib.

Bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Muğan Bank” ASC-nin ləğvedicisi təyin edilib.

Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri:



Qeyd edək ki, LPO "Muğan Bank" ASC-yə borc öhdəliyi olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Ləğv prosesində olan “Muğan Bank” ASC–nin Baş ofisi.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B. AZ1052

Əlaqə: (+994) 941.

AzVision.az


Teqlər:





Xəbər lenti