Lerik sakinlərindən qanunsuz odlu silahlar götürülüb

Lerik sakinlərindən qanunsuz odlu silahlar götürülüb
  02 Noyabr 2023    Oxunub:944
Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanıb.

Belə ki, həmin şəxslərdən 2 ədəd "İj"və 1 ədəd "TOZ" markalı ov silahı aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Lerik Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti