Ayı Helloin üçün düzülmüş konfetləri yedi - VİDEO

Ayı Helloin üçün düzülmüş konfetləri yedi    - VİDEO
  03 Noyabr 2023    Oxunub:1377
ABŞ-da meşədən qaçmış ayı evlərdən birinə yaxınlaşaraq eyvana Helloin bayramı ilə əlaqədar qoyulmuş bütün konfetləri yeyib.
AzVision.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.

Floridadan olan Pari Limbaxa adlı amerikalının sözlərinə görə, o, uşaqları ilə çöldə gəzərkən meşədən gəlmiş bir ayı görüblər. O, ətrafa göz gəzdirdikdən sonra yemək axtarmaq üçün ən yaxın evə üz tutub. Vəhşi heyvan giriş qapısının yanında qabda qoyulmuş şirniyyatları yeyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ayı   ABŞ  





Xəbər lenti