Qəza: 4 nəfər öldü

Qəza: 4 nəfər öldü
  15 Aprel 2013    Oxunub:1284
Hadisənin təfərrüatları hələ ki, məlum deyil.
İmişlidə dəhşətli avtomobil qəzası baş verib. İmişli Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün saat 13.00 radələrində İmişli rayonunun Məmmədli kəndi ərazisində baş verib.

İlkin məlumatda bildirilir ki, “Shacman” markalı avtomobillə “VAZ-21015” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər hadisə yerində ölüb. APA bildirir ki, hadisənin təfərrüatları və ölənlərin adları dəqiqləşdirilir.


Teqlər:





Xəbər lenti