1400 manat dəyərində parklanma lövhələri oğurlanıb

      1400 manat    dəyərində parklanma lövhələri oğurlanıb
  04 Noyabr 2023    Oxunub:1289
Bakıda 1400 manat dəyərində parklanma lövhələri oğurlanıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, noyabrın 3-də Səbail rayonu ərazisindən 1400 manat dəyərində 2 ədəd parklanma lövhəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Fərəcov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Bakı  





Xəbər lenti