Nazir: "Əməkhaqqı fondu ÜDM-in 20 faizindən aşağıdır"

      Nazir:    "Əməkhaqqı fondu ÜDM-in 20 faizindən aşağıdır"
  04 Noyabr 2023    Oxunub:1689
"Bu gün Azərbaycanda əməkhaqqı fondu ÜDM-in 20 faizindən aşağıdır".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, ötən dövr ərzində aidiyyəti qurumlarla birgə həyata keçirdiyimiz həm inzibati, həm stimullaşdırıcı tədbirlər imkan verdi ki, son 5 ildə əməkhaqqı fondu 2.7 dəfə, median əməkhaqqı isə 2.5 dəfə artsın və bunun nəticəsində toplanan vəsait də artsın: “Bu, daimi proses olacaq.

Bu gün Azərbaycanda əməkhaqqı fondu ÜDM-in 20 faizindən aşağıdır. Əgər arzu ediriksə ki, bu kimi parametrlərimiz müsbət rəqəmə çatsın, onda Azərbaycanda əməkhaqqı fondu ÜDM-in ən az 28-30 faizinə çatmalıdır. Onda pensiya və sosial sığorta sistemi daha sürətli rəqəmlərlə artacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti