Azərbaycan cüdoçusu Avropa çempionu oldu

   Azərbaycan cüdoçusu Avropa çempionu oldu
  05 Noyabr 2023    Oxunub:1707
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
AzVision.az xəbər verir ki, 25 yaşlı cüdoçu həlledici görüşdə gürcüstanlı rəqibi İliya Sulamanidzeyə qalib gəlib.

Bu gün mübarizəyə başlayan Azərbaycan millisinin digər üzvləri Murad Fətiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) isə medalsız qalıblar.

Qeyd edək ki, buna qədər Hidayət Heydərov (73 kq) da turnirin qızıl medalını əldə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti