200 manata qədər aylıq faiz gəlirləri qismən vergidən azad olunacaq

   200 manata qədər aylıq faiz gəlirləri qismən vergidən azad olunacaq
  06 Noyabr 2023    Oxunub:1070
“Azərbaycanda fiziki şəxslərin 200 manata qədər aylıq faiz gəlirləri qismən vergidən azad olunacaq”.
AzVision.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, söhbət vətəndaşların banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirilən depozitləri üzrə əldə etdikləri faiz gəlirlərinin vergidən azad olunmasından gedir.

“Bu addımın da iki hədəfi var. Bu, bir tərəfdən bankların kapitalizasiyasına hədəflənib. Banklar uzunmüddətli kreditlər verir və paralel olaraq əmanətləri də uzun müddətə cəlb etməlidirlər. Eyni zamanda, milli valyutadakı depozitlərə bu güzəştin verilməsi manata tələbin artırılması siyasətini özündə ehtiva edir", -deyə baş idarə rəisi qeyd edib.

AzVision.az









Teqlər:





Xəbər lenti