Bununla yanaşı marka nümayəndələri şəhid ailələrinə də müxtəlif çay çeşidlərindən hədiyyə təqdim edib.
Qeyd edək ki, Pənah Məmmədov 2000-ci il avqustun 26-da Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Pənah Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
AzVision.az