Dünyanın ən böyük bankı hakerlərin hücumuna məruz qalıb

   Dünyanın ən böyük bankı hakerlərin hücumuna məruz qalıb
  10 Noyabr 2023    Oxunub:1375
Çin Sənaye və Kommersiya Bankının (ICBC) ABŞ bölməsi haker hücumuna məruz qalıb.
Bu barədə Reuters xəbər verib. Nəşrin məlumatına görə, bu, ABŞ dövlət istiqrazları ilə əməliyyatları pozub. Məlumata görə, hakerlər bankın sistemlərini şifrələyib və onların kilidini açmaq üçün fidyə tələb ediblər. Ekspertlərin fikrincə, hücumun arxasında Lockbit qrupu dayanır.

İnsidentə baxmayaraq, ICBC cümə axşamı günü dövlət istiqrazlarının ticarətini və repo maliyyələşdirmə əməliyyatlarını uğurla həyata keçirdiyini söyləyib.

Bununla belə, ekspertlər qeyd edirlər ki, iri təşkilatların sistemləri kibercinayətkarlara qarşı həssasdır. Nəşr yazır ki, ICBC-yə hücum tənzimləyicilərin maliyyə bazarında kibertəhlükəsizliyə ciddi diqqət yetirməsinə səbəb olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti