18 340 manatlıq avtomobil ehtiyat hissələrini oğurladılar

18 340 manatlıq avtomobil ehtiyat hissələrini oğurladılar
  11 Noyabr 2023    Oxunub:1719
Bakıda anbardan 18 340 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən anbarda qeydə alınıb. Belə ki, anbardan 18 340 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Kuznetsov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
AzVision.az



Teqlər: Oğurluq  





Xəbər lenti