Varlı cütlüyün cinayət işində yeni detallar üzə çıxıb - FOTO

Varlı cütlüyün cinayət işində yeni detallar üzə çıxıb    - FOTO
  11 Noyabr 2023    Oxunub:1387
Türkiyədə bir çox gözəllik mərkəzlərinin sahibləri olan, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olan Dilan Polatın və həyat yoldaşı Engin Polatın hazırda davam edən məhkəmə araşdırmasında yeni detallar üzə çıxıb.
Qeyd olunur ki, məhkəmə Türkiyənin Maliyyə Cinayətlərini İstintaq Şurası (MASAK) tərəfindən təqdim edilən hesabatları araşdırır.

Araşdırma zamanı məlum olub ki, Dilan Polatın həyat yoldaşı Engin Polatın özlərinə və yaxınlarının qurduqları şirkətlərin hesabına qısa müddət ərzində 500 milyon türk lirəsi (17 milyon dollar) daxil olub.

Hesabatda cütlüyün onlayn satışlar üçün vergi bazasını azaltmaq üçün saxta sənədlərdən istifadə etdiyi qeyd olunub.

Xatırladaq ki, bir müddətdir çirkli pulların yuyulması və vergidən yayınma ittihamları ilə gündəmdə olan Dilan Polat və Engin Polat özlərinə qarşı irəli sürülən ittihamları rədd ediblər.


AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti