Bayden yenidən yolunu itirdi, hara gedəcəyini unutdu

      Bayden yenidən yolunu itirdi,    hara gedəcəyini unutdu
  13 Noyabr 2023    Oxunub:985
Yaşına görə tez-tez tənqidlərə məruz qalan ABŞ prezidenti yenidən məşhur çətin anlarından birini yaşayıb.
Belə ki, ABŞ prezidenti Co Bayden bu dəfə yolunu azıb. Veteranlar Günü mərasiminə qatılan Bayden çələngi qoyduqdan sonra hara gedəcəyini unudub və çaş-baş qalıb. Daha sonra Bayden vitse-prezident Kamala Harrisə tərəf yönəldilib.



80 yaşlı prezident əvvəllər də tez-tez oxşar səhnələr yaşayıb. Tribunadan ayrılarkən yolunu azmış Bayden hara gedəcəyini çaşdırıb və dünya mediasının lağ obyektinə çevrilib. Hətta 2024-cü il prezident seçkilərində onun ən böyük rəqibi olan Donald Tramp da Baydeni təqlid etmişdi.



Digər yaddaqalan görüntü isə ABŞ prezidentinin təyyarəyə minərkən bir neçə dəfə yıxılması olub. Kameralar qarşısında pilləkənləri qalxan Bayden dəfələrlə müvazinətini itirərək yıxılıb.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti