Çin dünyanın ən sürətli internetini istifadəyə verdi

Çin dünyanın    ən sürətli internetini    istifadəyə verdi
  14 Noyabr 2023    Oxunub:1624
Çin saniyədə 1,2 Terabit məlumat ötürmə sürətini təmin edən yeni fiber-optik internet kabelini istifadəyə verib. Bu, bir saniyədə 150 ​​HD filmin ötürülməsinə bərabərdir.
Uzunluğu üç min km-dən çox olan kabel Çinin üç böyük şəhərlərini birləşdirir: Pekin, Uhan və Quançjou. O, 2023-cü ilin iyul ayında şəbəkəyə qoşulub və bütün sınaqlardan uğurla keçərək tam fəaliyyətə başlayıb. Layihəni Çinin aparıcı təşkilatları, o cümlədən Tsinhua Universiteti, “China Mobile”, “Huawei Technologies” və “Cernet Corporation” icra edib.

Qeyd olunur ki, Çin kabeli amerikalı rəqiblərindən on dəfəyə qədər sürətlidir. O, həmçinin ekspertlərin 2025-ci ildən tez məlumat ötürmə sürətinin saniyədə bir Terabitdən artıq olmayacağına dair proqnozlarına baxmayaraq bu işi iki il qabaq reallaşdıra biliblər.

Kabel Çinin “Cernet” layihəsinin bir hissəsidir və ölkənin təhsil və elm mərkəzləri arasında yüksəksürətli internet əlaqələrinin yaradılmasına yönəlib. Layihənin özəlliyi ondan ibarətdir ki, kabel üçün bütün proqram təminatı və avadanlıqlar Çində hazırlanıb və istehsal edilib ki, bu da onun xarici şirkətlərdən müstəqilliyini artırır.

AzVision.az



Teqlər: Çin  





Xəbər lenti