"Əsasən Rusiya, Belarusiya və Çin bazarlarına məhsul ixrac edirik" - Elçin Mədətov

"Əsasən Rusiya, Belarusiya və Çin bazarlarına məhsul ixrac edirik" -  Elçin Mədətov
  14 Noyabr 2023    Oxunub:1422
Koronavirus pandemiyası şərabçılıq sahəsinə böyük ziyan vurub. Buna baxmayaraq ildən-ilə şərab məhsullarının ixracından əldə olunan gəlir artmaqdadır.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Şərabçılıq Assosiasiyasının sədri Elçin Mədətov deyib.

O qeyd edib ki, 2021-ci ildə şərab məhsullarının ixracından 4 milyon, 2022-ci ildə 6,4 milyon, 2023-cü ildə isə 6,7 milyon dollar gəlir əldə olunub:
"Məqsədimiz pandemiyadan əvvəlki nəticəyə, yəni şərab ixracından əldə olunan illik 7,4 milyon dollarlıq gəlirə nail olmaqdır. Bu istiqamətdə atılan addımlar nəticəsində növbəti illərdə gəlirin daha da artmasına çalışacağıq".

E.Mədətov qeyd edib ki, ixrac olunan şərab məhsulları əsasən Gəncə, Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu, Göyçay bölgəsindəndir.

"Bu gün Azərbaycan şərabları dünya bazarlarında digər məhsullarla rəqabət apara bilir. Biz əsasən Rusiya, Belarusiya və Çin bazarlarına məhsul ixrac edirik. Gələcəkdə Şərq bazarlarına da şərab məhsullarının ixracının həyata keçirilməsinə nail olmaq niyyətindəyik".
AzVision.az



Teqlər: Şərabçılıq  





Xəbər lenti