Merkel istefa verəcək

Merkel istefa verəcək
  15 Aprel 2013    Oxunub:1170
Merkel Helmut Kolun “səhvlərini” təkrar etmək istəmir.
Almaniya kansleri Angela Merkelin 2015-ci ildə istefa edəcəyi gözlənilir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. AzVision.az xəbər verir ki, bu barədə Nikolas Blomenin “Anqela Merkel: qərarsızlıq ustası” adlı kitabında da məlumat verilib. Qeyd edək ki, kitabın təqdimatı bu gün keçirilib.

Blome Merkelin istefa verəcəyini yazır. Məsələ ilə bağlı siyasi hadisələri təhlil edir. Kitabda Merkelin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqının üzvləri barədə məlumatlar , eləcə də kanslerin özünün fikirləri yer alıb.

Blomenin sözlərinə görə Merkel deyib ki, “10 il hökumətə rəhbərlik etmək onun üçün kifayətdir və o, 60 yaşında, 2015-ci ilin payızında”, istefa etməyi planlaşdırıb.

Kitabda həmçinin Merkelin özündən əvvəlki, kanslerlər barədə fikirləri də yer alıb. Belə ki, Angela Merkel kansler postunun 1982-1998-ci illərdəki sahibi Helmut Kolun 1198-ci ildə yenidən namizədliyini irəli sürmək qərarının yanlış olduğunu bildirir. O zaman onun Xristian Demokrat İttifaqı bundestaqa seçkiləri uduzdu. Odur ki, Merkel onun səhvlərini təkrar etmək istəmir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti