Süni intellekt Rusiya aeroportlarında PUA və quşları “tutacaq”

Süni intellekt Rusiya aeroportlarında PUA və quşları “tutacaq”
  16 Noyabr 2023    Oxunub:1443
Rusiya hava limanlarına daxil olan müxtəlif tipli pilotsuz təyyarələr və ərazidə uçan quşlar xüsusi texnologiya ilə dərhal nəzarətə götürüləcək. Lazım gələrsə, onlar süni intellekt texnologiyaları vasitəsilə məhv ediləcək.
Bu barədə TASS-a NPO "Almaz-Antey" konserninin rəsmisi Vitali Repin məlumat verib.

Süni intellekt Qazaxıstandan qanunsuz çıxarılan aktivləri tapacaq
Onun sözlərinə görə, şirkət tərəfindən hazırlanan ROSC-1 radar-optik kompleksi pilotsuz təyyarələri zərərsizləşdirmək imkanlarına malikdir. “Almaz-Antey” Rusiyada Hava Hərəkətinin Vahid İdarəetmə Sisteminin modernləşdirilməsini başa çatdırıb. Konsern ölkənin 200-dən çox aerodromunu aviasiya və meteoroloji avadanlığı, aviasiya rabitəsi cihazları ilə təchiz edib.

“2008-ci ildə ölkə prezidentinin qərarı ilə "Almaz-Antey” konserni Rusiyada Hava Hərəkətinin Vahid İdarəetmə Sisteminin modernləşdirilməsi üzrə yeganə podratçı və aparıcı təchizatçı təyin edildi.2022-ci ildə biz bu işi tam başa çatdırdıq. Dekabr ayında köhnə, xaricdən gətirilən avadanlığı əvəz edən istehsalatımızın ən son avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemi "Qalaktika” istifadəyə verilib. Ukrayna müharibəsi zamanı ölkə rəhbərliyinin əvvəllər qəbul etdiyi bu qərarın müdrikliyi öz təsdiqini tapdı. Vahid Hava Hərəkətini İdarəetmə Sistemində əvvəlki xarici avadanlıqlarımız qalsaydı, onun xaricdən söndürülməsi və ya məlumatların uzaqdan təhrif edilməsi riski yüksək idi”, - Repin qeyd edib.

O xatırladıb ki, bir vaxtlar Avropa və Yaxın Şərqin bəzi ölkələrində də oxşar hadisələrin baş verdiyini xtırladıb. Bu xarici müdaxilələr zamanı həmin ölkələrin hava məkanına nəzarət sistemləri sadəcə olaraq “kor” olub, nəzarətçilər səmada nə baş verdiyini anlamayıblar.

Məqalədə qeyd edilir ki, “Almaz" tərəfindən hazırlanmış məlum proqram pilotsuz uçan aparatı quşdan ayırmağa imkan verir. Lokator obyektə siqnal göndərir. Sonra bu məlumatın təhlili, onun riyazi hesablanması gedir”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Süni-İntellekt  





Xəbər lenti