Qubad İbadoğlunun həbs müddəti uzadılıb

   Qubad İbadoğlunun həbs müddəti uzadılıb
  16 Noyabr 2023    Oxunub:1070
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Bu barədə Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qeyd edək ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, bu ilin iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilmişdi.
AzVision.az



Teqlər: Həbs  





Xəbər lenti