Antarktida buzlarının əriməsi ilə bağlı ən dəqiq proqnozu tərtib edilib

   Antarktida buzlarının əriməsi ilə bağlı ən dəqiq proqnozu tərtib edilib
  18 Noyabr 2023    Oxunub:2111
Kanberradakı Avstraliya Milli Universitetinin alimləri yaxın 100 il ərzində Antarktika buzlarının əriyəcəyi ilə bağlı bu günə qədər ən dəqiq proqnozu tərtib ediblər.
AzVision.az xəbər verir ki, tədqiqat "Science Advances" (SciAdv) elmi jurnalında dərc olunub.

Antarktika buz təbəqəsi 30 milyon kub kilometrdən çox su ehtiva edən Yerdəki ən böyük buz blokudur. Onun əriməsi gələcəkdə dəniz səviyyəsinə dağıdıcı təsir göstərə bilər.

Avstraliyanın tarixi dəniz səviyyələrini müəyyən etmək üçün tədqiqatçılar geoloji qeydləri araşdırıblar. Onlar əvvəllər sahil xəttinin nə qədər yüksək olduğunu göstərən daşlaşmış mərcanları və digər dəniz səviyyəsini göstərən işarələri tapıblar.

Proqnoza görə, Antarktida əriməsinin 2100-cü ilə qədər orta dəniz səviyyəsinin qalxmasına təsiri əvvəllər qeyd edildiyi qədər ciddi olmayacaq. Əvvəlki hesablamalarda bu səviyyə növbəti əsrin əvvəlində qalxacaq dəniz səviyyəsinin 20 ilə 52 santimetr arasında dəyişəcəyi qeyd edilirdi, yeni məlumatlarda isə bu rəqəm cəmi 5-9 santimetrdir. Yəni gözləniləndən təxminən 4-6 dəfə aşağıdır.

Elmi işin müəlliflərinin fikrincə, proqnozun düzgünlüyü son 10 ildə elmdə əldə olunan əhəmiyyətli irəliləyişlərlə bağlıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti