15 manata görə 18 il iş ala bilər

   15 manata görə 18 il iş ala bilər
  22 Noyabr 2023    Oxunub:1224
Prokuror Bakıda bərbərxanada 15 manata görə həmkarını qətlə yetirməkdə təqsirləndirilən İsmət Qədirovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib .
Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Vəkil müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası noyabrın 30-na təyin edilib.

Qeyd edək ki, 2022-ci il dekabrın 15-i günorta saatlarında paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində, çoxmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən kişi salonlarından birində qeydə alınıb.

Belə ki, salonda bərbər işləyən 28 yaşlı İlkin Qurbanov ağır bıçaq xəsarətləri alıb. Dərhal hadisə yerinə ərazi üzrə 19-cu polis şöbəsinin əməkdaşları gəliblər. Lakin artıq İlkin Qurbanovun öldüyünü görüblər.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkarı və həmyaşıdı İsmət Qədirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Qurbanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Həmin şəxslər arasında 15 manata görə mübahisələr olub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti