Ərdoğan: Türk lirəsinin düşməsi başa çatıb
"İnflyasiyanın aşağı salınması üçün tətbiq etdiyimiz proqram çox yüksək ehtimalla lirənin dəyərinin real qiymətləndirilməsinə səbəb ola bilər. Beləliklə, lirənin ucuzlaşması prosesi başa çatıb, lirənin möhkəmlənməsi ehtimalı yüksəkdir",- Ərdoğan bildirib.
Onun sözlərinə görə, hakimiyyət konstruktiv islahatlar və düzgün iqtisadi siyasət həyata keçirməklə investorların etimadını qazanır ki, bu da likvidlik axınına və lirənin real məzənnəsinə gətirib çıxarır.
“Nəticədə ağlabatan artım olacaq və eyni zamanda inflyasiya da azalacaq”, - Ərdoğan qeyd edib.
Türkiyə valyutası bu ilin əvvəlindən avqust ayı istisna olmaqla, hər ay ucuzlaşıb. Hazırda Türkiyənin milli valyutasının məzənnəsi 1 dollar üçün 28,8 lirədir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Ərdoğan