Rusiyanın məşhur qadın snayperi 105 yaşında vəfat edib

Rusiyanın məşhur qadın snayperi    105 yaşında    vəfat edib
  24 Noyabr 2023    Oxunub:2197
Rusiyanın məşhur veteranlarından olan Yelizaveta Moskaleva vəfat edib. Sosial şəbəkələrdə yayılan məlumata görə, Saratov vilayətinin Volsk şəhərində yaşayan Böyük Vətən Müharibəsi veteranının 105 yaşı olub.
Rayon rəhbəri Andrey Tatarinov yayılan məlumatların doğruluğunu təsdiqləyərək veteranın ailəsinə və yaxınlarına başsağlığı verib.

Ordumuzun məhv etdiyi zabit: Snayper tağımının komandiri olub
Yelizaveta Nikiforovna 1919-cu ildə Volskda anadan olub. Böyük Vətən Müharibəsi başlayanda onun iyirmi yaşı tamam olmayıb. 1943-cü ildə Podolsk şəhərində snayper kurslarına göndərilib və sonradan, 1944-cü ildə cəbhədə uğurlu fəaliyyət göstərib. O, Qələbəni Köniqsberqdə qeyd edib.

“İgidliyə görə” medalı, II dərəcəli Vətən Müharibəsi ordeni və Jukov medalı ilə təltif edilmişdir.
Müharibədən sonra Volska qayan qadın təqaüdə çıxana qədər “Çement” qəzetinin redaksiyasında işləyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Snayper   Rusiya   Veteran  





Xəbər lenti