OPEC+ sammiti iki ölkənin mövqeyinə görə təxirə salınıb

OPEC+ sammiti iki ölkənin mövqeyinə görə təxirə salınıb
  24 Noyabr 2023    Oxunub:1364
OPEC+ nazirlərinin görüşü Anqola və Nigeriyanın neft hasilatını artırmaq istəyi səbəbindən təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İclasda neft hasilatının azaldılması üzrə mövcud tendensiyanın uzadılmasının müzakirəsi planlaşdırılırdı, lakin bütün iştirakçılar bununla razılaşmayıb. Belə ki, Anqolanın nümayəndələri bildiriblər ki, ölkə yataqların işlənməsinə sərmayə yatırır və dayandırmaq istəmir.

Bundan əlavə, agentliyin OPEC plyusdakı mənbələri görüşün təxirə salınmasının digər Afrika ölkələri ilə də əlaqəli olduğunu bildiriblər: iyun ayında OPEC+ Anqola, Nigeriya və Konqonun 2024-cü il üçün hasilat kvotalarına yenidən baxacağına söz verib.

Qeyd edək ki, OPEC və OPEC+ görüşləri rəsmi olaraq noyabrın 25 və 26-dan noyabrın 30-na təxirə salınıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti